Vasif Talıbov Batumda gürcülərə kompüter hədiyyə etdi - FOTOLAR

SİYASƏT
11:10 31.07.2014
6304

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Gürcüstana səfər edib.

Acarıstan baş nazirinin dəvəti ilə gerçəkləşən səfər zamanı V.Talıbov muxtar qurumun hökumət başçısı Arçil Xabadze və Ali Sovetin sədri Avtandil Beridze ilə görüşüb. 

Görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub, tərəflər mediaya açıqlamalar veriblər.

Səfər çərçivəsində Vasif Talıbov fəxri doktoru olduğu Şota Rustaveli adına Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə də görüşüb. Səmimi görüşdən sonra Vasif Talıbov Batumi Dövlət Universitetinin müəllim və tələbələrinə kompüter dəstləri hədiyyə edib.

OXŞAR XƏBƏRLƏR