Vaşinqton Bakıda veriləcək qərarı gözləyir

Vaşinqton Bakıda veriləcək qərarı gözləyir
SİYASƏT
11:54 22.05.2013
1818
“Enerji resursların diversifikasiyasında və qlobal enerji təhlükəsizliyin təminatında Azərbaycan və Türkiyənin rolu artır”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib. Onun sözlərinə görə, Qərblə Şərq arasında körpü yaradan bu iki ölkə model kimi təqdim oluna bilər:“Azərbaycan Qərbə enerji resursların alternativ marşrutlarla nəqlini təmin edib. Azərbaycan NATO və tərəfdaşları üçün alternativ enerji tədarükü görülməsində mühüm rol oynayır. Növbəti ay biz “Şahdəniz” konsorsiumunun Azərbaycan qazını Avropaya daşıyacaq əlavə kəmər marşrutu ilə bağlı qərar qəbul edəcəyini gözləyirik. ABŞ istənilən marşrutun seçilməsinə neytral yanaşır, bu, TAP və ya "Nabucco West" ola bilər. Əsas odur ki, bu layihə Avropanın qaz təchizatını şaxələndirəcək və Azərbaycan qazının Avropaya nəql edilməsi üçün geniş imkanlar yaradacaq. Türkiyə də həmçinin enerji resursları istehsal edən ölkələr üçün neft nəqlinə imkanlar yaradır və Avropanın qaz təchizatının şaxələndirilməsinə öz töhfəsini verir. Azərbaycan ilə Türkiyənin Trans-Anadolu kəməri tikmək qərarı onların enerji körpüsü qurmaq öhdəliklərinin fiziki təsdiqidir”.R. Morninqstar həmçinin əlavə edib ki, Azərbaycan və ABŞ arasında dialoq bundan sonra da davam edəcək: “Biz Dağlıq Qarabağ münaqişənin həllində maraqlıyıq, lakin bu məsələnin enerji layihələrinin icrasına aidiyyəti yoxdur. ABŞ-ın xarici siyasətində energetikanın rolunu şişirtmək lazım deyil. Energetika çox vacib məsələdir, amma ABŞ Azərbaycanda stabilliyinin təmin edilməsini vacib sayır”.Səfir Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyəti ilə bağlı məsələyə də toxunub: “Milli Demokratiya İnstitutu ilə bağlı məsələdə mühüm irəliləyiş əldə edilib. İnanıram ki, bu məsələ tezliklə öz həllini tapacaq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:38 16.07.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi