"Vaşinqton görüşündə yekun sülh sazişinin imzalanması gözlənilmir, amma..." - Ekspert

"Vaşinqton görüşündə yekun sülh sazişinin imzalanması gözlənilmir, amma..." - Ekspert
SİYASƏT
14:53 07.08.2025
330
"Azərbaycan Prezidenti cənab İlham Əliyev daha öncə sülh sazişinin imzalanması üçün iki vacib şərtin olduğunu vurğulamışdı. Bu şərtlərdən biri ATƏT-in Minsk qrupundan Ermənistanın imtina etməsi, digəri isə Ermənistanın Konstitusiyasında istinad edilən müstəqillik aktındakı Azərbaycana qarşı ərazi iddialarından işğalçı ölkənin əl çəkməsi ilə bağlı idi".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Vaşinqtonda baş tutacaq Azərbaycan-Ermənistan-ABŞ arasında üçtərəfli görüşdən gözləntiləri şərh edərkən deyib.
 
Eksperti qeyd edib ki, Ermənistan sülhlə bağlı müsbət bəyanatlar yaysa da, Trampın prezident seçilməsindən sonra Azərbaycanla sülhün təmin edilməsinin vacibliyini daha yaxşı anlayır:

"Bu iki şərtin heç biri yerinə yetirilməsə də, Ermənistan tərəfindən müəyyən müsbət bəyanatlar eşidirik. Əslində, belə bəyanatları daha əvvəl də eşidirdik, amma bu dəfə Ermənistan tərəfi Trampın prezident seçilməsindən sonra artıq Azərbaycan ilə sülhün əldə edilməsinin çox vacib olduğunun anlayır. Başqa sözlə desək, sülhün əldə olunması Ermənistan üçün daha əhəmiyyətlidir. Vaşinqtonda keçiriləcək bu görüşdə yekun sülh sazişinin imzalanması gözlənilmir. Lakin tərəflər arasında çərçivə sazişi və yaxud niyyət protokolu kimi bir sənəd imzalana bilər ki, bu da yekun sülh sazişinin imzalanması istiqamətində atılan mühüm bir addım ola bilər".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR