ABŞ Kamboca və Tailand arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayır.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio "X” hesabında yazıb.
"Biz ABŞ Prezidenti Donald Trampla birlikdə bu münaqişəyə son qoyulmasına sadiqik", - o bildirib.
Xatırladaq ki, bu gün Malayziyada aparılan danışıqlar zamanı Kamboca və Tailand 24 saat ərzində qüvvəyə minəcək atəşkəs barədə razılığa gəlib.
///report