Vaşinqtonda Gül bayramı keçirildi - FOTOLAR

SİYASƏT
10:24 07.05.2013
3062

Kapitoli binası qarşısında açıq havada qurulan səhnə və səsləndirilən Azərbaycan musiqisi amerikalılara Gül bayramı əhval-ruhiyyəsi yaşatdı.

Azərbaycan Amerika Alyansının təşkilatçılığı ilə Amerikanın Vaşinqton şəhərində 10 May Gül bayramı təntənəli şəkildə qeyd olunub. Kapitoli binası ilə Vaşinqton Monument ab bidəsi arasında yerləşən, National Mall adlanan parkda amerika məktəbliləri, sakinlər və dövlət rəsmilərinin iştirakı ilə keçən mərasim Silkroad Rəqs ansamblının çıxışı ilə başlayıb. Azərbaycan Amerika Alyansının fəxri prezidenti, konqressmen Den Börton qonaqları salamlayaraq keçirilən bayramın tarixindən danışıb.

“10 May Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. O, bir böyük siyasətçi kimi nəinki Azərbaycanın, ümumilikdə dünyanın siyasi tarixində silinməz izlər qoyub. Xoşbəxtlikdən onun müdrik siyasi kursunu övladı, Azərbaycanın prezidenti İlham Əliyev davam etdirir.” Daha sonra Den Börton Amerikada Gül bayramı keçirilməsinin əhəmiyyətini də vurğulayıb (ayaqüstü müsahibədən!): “Bu, amerikalılar üçün Azərbaycanı tanımağın ən gözəl yollarından biridir. Onlar həm də bu yolla ölkə mədəniyyəti ilə, bayramları ilə tanış olurlar. Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə keçirilən bu tədbir vasitəsilə amerikalılar da 10 May Gül bayramını böyük sevinclə qeyd etdilər”.

Daha sonra səhnəyə dəvət olunan Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri cənab Elin Süleymanov toplaşanları təbrik edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın həyatında oynadığı müstəsna rolundan danışdı: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin həyatında həlledici, dramatik rol oynayıb. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, qurduğu əsaslı beynəlxalq münasibətlər, elə Amerika ilə güclü dostluq münasibətləri məhz onun uzaqgörən siyasətinin bəhrəsidir”.

Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə Vaşinqtonda keçirilən Gül bayramına dəvət olunanların böyük əksəriyyəti isə uşaqlar və məktəblilər idi. Vaşinqtonun 5 qabaqcıl məktəbinin şagirdləri Azərbaycan, onun dövlət atributları və ümumən Gül bayramı təəssüratlarını özünəməxsus şəkildə ifadə etmişdilər. Mərasimin keçirildiyi məkan başdan-başa onların əl işləri ilə bəzədilmişdi. əsərlər elə tədbir davam edərkən də yaradılırdı. Müxtəlif guşələrdə uşaqlar üz-gözlərinin gül rəsmləri ilə boyayaraq əsl canlı çiçəklərə çevrilirdi. Gələn qonaqların diqqətini ən çox cəlb edən isə iki böyük rəsm əsəri oldu. 4 saat ərzində dayanmadan qrafiti üsulu işləyən 2 rəssam göz önündə ümummillli lider Heydər Əliyevin portretlərini canlandırdı.

Bütün tədbir boyunca səslənən Azərbaycan musiqisi sanki hər kəsi Odlar Yurduna aparırdı. Amerikalılardan ibarət SilkRoad rəqs qrupunun təqdim etdiyi Azərbaycan rəqsləri isə bayramı bir az da milliləşdirirdi. Okeanın o tayında 10 May Ümummilli Lider Heydər Əliyevin 90 illiyi və Gül bayramının yaratdığı əhval-ruhiyyə hər bir amerikalının ürəyində silinməz iz qoydu.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb