Vaşinqtonda musiqi festivalında atışma zamanı iki nəfər ölüb

Vaşinqtonda musiqi festivalında atışma zamanı iki nəfər ölüb
DÜNYA
18:49 18.06.2023
255
ABŞ-ın Vaşinqton ştatında "Beyond Wonderland” elektron musiqi festivalında baş verən atışma nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə yerli "Fox News” kanalı məlumat yayıb.

Qeyd olunub ki, hadisə festival ərazisindəki düşərgədə baş verib. Şübhəli şəxs saxlanılıb.

Festivalın rəsmi tviter səhifəsində verilən məlumata əsasən, hazırda tədbirə gələnləri heç nə təhdid etmir.
OXŞAR XƏBƏRLƏR