"Vaxtı keçmiş malların bir hissəsi yenidən satışa qayıdır" -Şok açıqlama

"Vaxtı keçmiş malların bir hissəsi yenidən satışa qayıdır" -Şok açıqlama
SOSİAL
11:09 18.01.2017
1036

"İstehlak bazarında aparılan yoxlamaların təhlili göstərir ki, qarşılıqlı razılaşmaya əsasən bəzi pərakəndə ticarət obyektlərində istifadəyə  yararsız hala düşmüş-saxlama və yararlılıq müddəti bitmiş, temperatur rejimi və saxlama şəraitinin pozulması nəricəsində keyfiyyətini itirmiş məhsullar pərakəndə ticarət obyektləri tərəfindən satışdan çıxarılaraq mal göndərən təşkilatlara geri qaytarılır".

Bu sözləri Qaynarinfo.Az-a "İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov bildirib. Ekspertin sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən bu cür malların satışının qadağan olunduğunu nəzərə alsaq, istehsalçı, idxalçı və təchizatçı müəssisələr tərəfindən həmin malların geri yığılması başa düşülən deyil:


"Bir sıra pərakəndə ticarət obyektləri isə bu halı malları geri qaytararaq dəyərinin əvəzləşdirilməsi, yaxud istifadəyə yararsız malların əvəzinə yararlı mal götürülməsi ilə izah edirlər. Bu hal iqtisadi münasibətlərdə, istehlakçıların hüquqlarının qorunmasında, rəqabətli bazar mühitinin yaranmasında da ciddi problemlər yaradır".

Azər Sərdarov bildirib ki, bir sıra pərakəndə ticarət obyektlərində yararsız hala düşmüş məhsulların geri qaytarılması mal göndərənlər tərəfindən istehsal tarixi, yararlılıq müdddəti dəyişdirilərək, bəzən, hətta dəyişdirilməyərək, yenidən etiketlənərək təkrar pərakəndə ticarətə qayıtması ilə nəticələnir:

"İri mal göndərən subyektlərin orta və kiçik, yeni yaranmış sahibkarlıq subyektlərini bazardan sıxışdırmasına və bazarda təmərküzləşmə yaranmasına səbəb olur. Belə ki, iri mal göndərənlər külli miqdarda malları pərakəndə ticarət obyektlərinə təhvil verib satılmayan hissəsini geri götürürlər. Bu subyektlərin ticarət dövriyyəsi böyük olduğundan malların geri göterülməsi onların iqtisadi vəziyyətinə bir o qədər də təsir etmir. Kiçik və yeni yaranmış sahibkarlıq subyektləri isə bu cür rəqabətə davam gətirə bilmirlər".

Azər Sərdarov təklif edir ki, Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları” nın 4.8-ci bəndinə aşağıdakı məzmunda 2-ci abzas əlavə edilsin: 

"Saxlama və yaralılıq müddəti  ötmüş və istifadəyə yarasız hala düşmüş malların pərakəndə ticarət, ictimai iaşə və digər obyektlərdən mal göndərən sahibkarlıq subyektlərinə qaytarılması qadağandır. Bu malların adi qaydada yerində məhv edilməsi mümkün deyilsə, onlar məhv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada bu sahadə fəaliyyət göstərən ixtisaslaşmış müəssisələrə təhvil verilməlidir”.  


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
00:27 17.04.2026
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
00:13 17.04.2026
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
00:10 17.04.2026
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
00:09 17.04.2026
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
00:01 17.04.2026
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
23:55 16.04.2026
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
23:44 16.04.2026
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
23:33 16.04.2026
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
23:20 16.04.2026
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
23:10 16.04.2026
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
22:50 16.04.2026
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
22:46 16.04.2026
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
22:39 16.04.2026
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
22:29 16.04.2026
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
22:19 16.04.2026
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
“BMW” ilə motosiklet toqquşdu
22:05 16.04.2026
“BMW” ilə motosiklet toqquşdu