“Vaxtlı-vaxtında suyunu verirdim” - Xüsusi qulluqla çətənə əkən şəxs

“Vaxtlı-vaxtında suyunu verirdim” - Xüsusi qulluqla çətənə əkən şəxs
SOSİAL
12:12 11.09.2018
2684
Şəki şəhər RPŞ əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan şəxs saxlanılıb.

AZXEBER.COM ARB TV-yə istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Mustafayev məsuliyyətə cəlb olunub.

Onun şəhər ərazisindəki evinə də baxış keçirilib. Orada dibçəklərdə əkilmiş və xüsusi qulluq edilərək yetişdirilmiş 8 ədəd çətənə bitkisi və 3,246 kiloqram marixuana aşkar edilərək götürülüb.

Sadiq Mustafayev - Saxlanılan şəxs: "8 dibçəkdə əkmişəm. Vaxtlı-vaxtında suyunu verirdim. Buna qulluq etmişəm. Etdiyim əməldən əlbəttə, peşmanam. Səhvdi də. Həyatda hamı səhv edir".

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR