'VAZ-2106' beton divara çırpıldı: 1 ölü, 6 yaralı

MAQAZİN
16:18 03.04.2013
1398
Ötən gün saat 20.00 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində 1 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tovuz rayon sakini Zahir Cəfərov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı beton divara vurub.Qəza nəticəsində xəsarət almış Z.Cəfərov və sərnişinləri-Tovuz rayon sakinləri Mədət Əliyev, Gülarə Məmmədova, Laçın rayon sakinləri Sovet Xudaverdiyev, onun arvadı Xoşbəxt, oğlanları İslam və Orxan xəstəxanaya yerləşdiriliblər. M.Əliyev orada ölüb.Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR