Vəfa Quluzadəni 'Kurtlar Vadisi'ndə ‘baron’ seçdilər - VİDEO

Vəfa Quluzadəni
SİYASƏT
15:37 14.03.2014
5302

Türkiyənin 10 ildən artıqdır davam edən “Kurtlar vadisi” serialının son bölümündə yenə də Azərbaycan məsələsi gündəmə gəlib.

Bundan əvvəl “ünlü iş adamı Kəmaləddin bəy”i öldürən serial bu dəfə Azərbaycana yeni mason Baronu “təyin edib”. Bu, Vahab Kuzuzadə adlı birisidir. Sosial şəbəkələrdə iddia olunur ki, V. Kuzuzadə əslində tanınmış politoloq, Azərbaycan prezidentini siyasi məsələlər üzrə keçmiş müşaviri, Amerikaya yaxın siyasətçi olan Vəfa Quluzadədir.

Serialın sətiraltı iddiaları ilə bağlı Vəfa Quluzadənin də mövqeyini öyrənmək qərarına gəldik. Bəlli oldu ki, siyasəti son dərəcə ciddi iş sayan Vəfa müəllim informasiyaların seriallarla ötürülməsinə ciddi yanaşmır: “Mən bu serialı heç zaman izləməmişəm. Türkiyə gündəmini də yalnız belə demək mümkünsə, həvəskar səviyyədə izləyirəm. Adımın hansısa serialda çəkilməsi, prototipimin yaradılması mənimçün maraqlı deyil”.

Serial müəllifləri bir neçə epizodda Türkiyə gündəminə də müdaxilə ediblər. Epizodlardan birində “Hoca” ləqəbli xarici işlər naziri ilə (Əhməd Davudoğlunun prototipidir) baş qəhrəman Polad Ələmdar istintaq prosesi haqqında danışır. Hər sözdən bəlli olur ki, söhbət 17 dekabr böyük "rüşvət əməliyyatı" üzrə açılan istintaqdan gedir. Rəsmi şəxs – dövlətin klonlaşdırıldığını, istintaq prosesindəki dindirmələrə müdaxilə edə bilmədiklərini deyir. Polad təəccüblə dövlətin sinir uclarının uyuşdurulduğundan, reflekslərin dayandığından danışır. Baş qəhrəman daha sonra rəsmiyə “dövləti “tapınaqçılar”mı klonlaşdırıb, onları kim himayə edir” sualını verir. Rəsmi şəxs cavab verir: “Sadəcə “tapınaqçılar” deyil. Başqa qüvvələr də var. Biz diqqətimizi kənar təhlükələrə ayırdıqda onlar içimizə yerləşiblər. “Tapınaqçıları” bəsləyən isə hamımızın yaşı tanıdığımız Möhtərəm bəydir”.

Bununla da baş nazir Ərdoğanın axın qohumlarına məxsus olan “Atv"də yayınlanan “Qurdlar vadisi” serialı tərəf tutaraq, ABŞ-da mühacirətdə olan Türkiyənin dinin liderlərindən Fətullah Güləni düşmən obrazında təqdim edir. Tam əksinə, filmdən belə anlaşılır ki, Dərin Dövlət rəsmi dövlətlə birlikdə London Birjasında maliyyə əməliyyatı keçirəcəkmiş, Ərdoğanın evindəki 1 milyard dollar həcmindəki nağd pul da bu məqsədlə saxlanılırmış, masonalar və “Möhtərəm bəy”ə xidmət edən prokurorlar, “paralel yapılanma” bunun qarşısını almaqla, Türkiyəyə xəyanət edib. AKP funksioneri kimi çıxış edən Polad Ələmdar isə T. Ərdoğanı 30 mart bələdiyyə seçkilərindəki səsini artırmaq üçün mümkün olan hər şeyi edir. Serialın son bölümündə prokuror Zəkəriyyə Özün də obrazı canlandırılır. Musavat.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI