"Vəfa - Şəbnəm qalmaqalı hər kəsi bezdirib" - Ülviyyədən ittiham

"Vəfa - Şəbnəm qalmaqalı hər kəsi bezdirib" - Ülviyyədən ittiham
MAQAZİN
10:32 03.06.2025
337
"Vəfa-Şəbnəm qalmaqalı içi mən qarışıq hər kəsi bezdirib. Daha nə qədər olar?".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri ATV-də yayımlanan "Rəngarəng" verilişində müğənni Ülviyyə Namazova deyib.
 
O, barışığa inanmadığını bildirib:
 
"Mən onların qalmaqalını anlaya bilmirəm. Əvvəlcə mahnı üstündə başladı. Sonra da ortaya başqa məsələlər çıxdı. İnandırım sizi ki, bu qalmaqal içi mən qarışıq artıq hamını bezdirib. Daha nə qədər olar? Verilişdə Şəbnəmin ağlamağına da bir məna verə bilmədim. Orada ağlamalı nə var idi ki? Barışmaqlarına sevinirəm amma mənim fikrimi soruşsanız, mən o barışığa da inanmıram, hamısı gündəm üçündür".
 
Aysel
OXŞAR XƏBƏRLƏR