"Bütün qalmaqalları Zaur yaradır, Vəfa da onun güdazına gedir. Mənə Vəfadan sual verəndə verilişi tərk etmişəm. Amma onlar mənim haqqımda danışır".
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Afət Fərmanqızı deyib.
O, "instagram" hesabında açdığı canlı yayımda digər adının Vəfa olduğunu deyib:
"Mən müğənni olmamışdan qabaq ev alqı-satqısı edirdim. Orada da nömrəmi qoyanda adımı Afət yox, Vəfa yazırdım. Hamı məni Vəfa kimi tanıyırdı. Bütün bu qalmaqalları yaradan Zaur Nəbioğludur. O qızışdırır Vəfanı, o da onun güdazına gedir. Mən qonaq olanda niyə bunu edə bilmirlər? İcazə vermirəm çünki.
Vəfa Trampın qızı deyil, xırda balıqdır. Mən akulalarla vuruşub qalib olan Afətəm. Vəfa kimdir ki? O mənim adımı çəkməsə, qabağa gedə bilmir. Get başını aşağı sal, balalarınla məşqul ol. Ağıllı olun! Elə bir video çəkmişəm ki, əgər mənim adımı bir də çəksəniz, onu paylaşıb zəlzələ qopardacağam!"
Aysel