Vəfat edən hərbçimizin FOTOSU

Vəfat edən hərbçimizin FOTOSU
SOSİAL
11:14 01.07.2024
238
Goranboyda 40 yaşlı Yardımlı sakini Pərviz Əliqulu oğlu Şərbətov dünyasını dəyişib. 

AZXEBER.COM "Unikal”a istinadən xəbər verir ki, hadisə Safıkürd kəndində keçirilən toy mərasimində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Pərviz Şərbətovun vəziyyəti toy məclisində qəfil pisləşib və ölüb. 

Bildirilib ki, Pərviz Şərbətov kapitandır. O, "Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Onun ölüm səbəbinin ürəktutmadan olduğu bildirilib. 

Hazırda faktla bağlı araşdırma aparılır.
 

 


OXŞAR XƏBƏRLƏR