Bu gün torpağa tapşırılan professor Nizaməddin Şəmsizadə Binəqədi qəsəbəsində yerləşən qəbiristanlıqda məzar yerini öncədən alıb.
Bu barədə Oxu.Az-a onun qızı Ayfər Şəmsizadə məlumat verib.
O bildirib ki, atası öləcəyini sanki öncədən bilirdi:
"Bu gün saat 13:00-da Binəqədidə dəfn etdik. Özü sanki öncədən bilirdi. Özünə qəbiristanlıqda yer almışdı. Kənarlarını, ətrafını düzəltdirmişdi. Elə orada da dəfn edildi".