Vəfat etmiş bibisinin oğlunu vəhşicəsinə öldürdü - TƏFƏRRÜAT

Vəfat etmiş bibisinin oğlunu vəhşicəsinə öldürdü - TƏFƏRRÜAT
SOSİAL
11:47 19.09.2017
947

Dünən Masallıda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub. 

Qızılağac kənd sakini Hüseynov Vüsal Rüfət oğlu bibisi oğlu Allahverdiyev Afiq Rafiq oğlunu mülk üstündə öldürüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Vüsal Hüseynov ailəsi ilə birgə bir neçə il əvvəl kənddəki evlərini sataraq Bakıya köçüb və paytaxtda yaşamağa başlayıb. Onların satdıqları ev ilə eyni həyətdə isə onun nənəsinin evi yerləşir və Afiq Allahverdiyev illər əvvəl anası vəfat edəndən sonra məhz həmin evdə nənəsinin himayəsində yaşayıb. Buna baxmayaraq Vüsal Hüseynov Afiqin həmin ev üzərində hüququnun olmadığını bildirirmiş və nənəsinin evini, eləcə də həyatyanı sahəni satmağa çalışırmış. Afiq Allahverdiyev isə dayısı oğluna bildirib ki, buna imkan verməyəcək. O deyib ki, getməyə başqa yeri yoxdur və nənəsinin yanında yaşayan nəvəsi kimi onun da ev üzərində hüququ var. Bu səbəbdən dayıoğlu ilə bibioğlu arasında münaqişə yaranıb. Daha sonra Vüsal Hüseynov Afiqi özünə məxsus avtomobillə kəndin kənarına aparıb və küt alətlə onun başına zərbələr endirərək onu öldürüb. Ağır xəsarət alan Afiqin həyatını xilas etmək mümkün olmayıb. 

Hadisəni törədən V.Hüseynov tutulub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən Afiq Hüseynovn anası təxminən 20 il əvvəl vəfat edib və daha sonra atası onu nənəsinin yanına ataraq başqa yerə köçüb.


///lent.az
OXŞAR XƏBƏRLƏR