Hindistanın Uttar-Pradeş əyalətinin Aliqarh şəhərində sahibsiz öküz evinin qarşısında oynayan 4 yaşlı uşağa hücum edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, buğanın hücumu nəticəsində balaca uşağın üzündən və boynundan yaralandığı öyrənilib.
Uşağın qışqırığından sonra hadisə yerinə gələn babası uşağı xilas edərək hadisə yerindən uzaqlaşdırıb. Başından və üzündən hücum nəticəsində xəsarət alan uşağın səhhətinin yaxşı olduğu bildirilib.
Ətrafdakı təhlükəsizlik kamerasının lentə aldığı görüntülərdə öküz uşağı buynuz zərbəsi ilə yerə yıxdıqdan sonra uşağın üstündə oturduğu görünür.
Hücumdan sonra hadisə yerinə gələn bələdiyyə qrupları öküzü tutaraq nəzarət altına alıb.
Həmin kadrları təqdim edirik:
Mikayıl