Bostvana prezidentinə vəhşi heyvan hücum edib.AZXEBER.COM-un "BBC"yə istinadla verdiyi məlumata görə, Yan Khamaya gepard (ov pələngi) hücum edib. İnsident prezidentin vəhşi heyvanın saxlandığı hərbi hissəyə səfəri zamanı baş verib. Khama öz mühavizəçisi ilə heyvan saxlanılan yerin yanında dayanıb. Bu zaman heyvan qəfildən səddin üzərindən tullanmağa çalışıb. Nəticədə prezident üzündən kiçik xəsarətlər alıb və ona tikiş qoyulub.Bostvana prezidentinin mətbuat xidməti bunun təsadüfi hadisə olduğunu bildirirək, heç bir əlavə tədbir görülməyəcəyini açıqlayıb. Hücumdan sonrakı ilk görüşünə prezident üzündə yara lentləri ilə çıxmalı olub.