Vəkil Adəm Məmmədovun “Oğurlanmış adam” kitabının təqdimatı keçirildi - FOTO

Vəkil Adəm Məmmədovun “Oğurlanmış adam” kitabının təqdimatı keçirildi - FOTO
SOSİAL
00:40 28.05.2023
1714
Mayın 27-də Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədovun "Oğurlanmış adam” adlı kitabının təqdimat mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov, Şahmar Məmmədov, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Akif Təvəkküloğlu, vəkillər, hüquqşünaslar, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Adəm Məmmədov qonaqları salamlayaraq kitab haqda qonaqlara məlumat verib. Müəllif bildirib ki, sözügedən kitab dedektiv janrında yazılıb: "Bu kitablarda ciddilik xüsusi önəm daşıyır. Çünki söhbət insan taleyindən gedir. Oxucuların yorulmaması üçün müəyyən məqamlarda yumora da üstünlük verməyə çalışdım”.

Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov müəllifin yaradıcılığından söz açıb: "Bu gün Vəkillər Kollegiyası üçün çox önəmli bir gündür. Çünki bu gün biz həmkarımız Adəm Məmmədovun kitabının təqdimat mərasiminə yığışmışıq. Kollegiya olaraq biz həmişə öz üzvlərimizin uğurları ilə fəxr edir, onların uğurunu öz uğurumuz hesab edirik. Vəkillər Kollegiyası cəmiyyətin bütün üzvlərinə yaxın olmaq istəyir. Təsadüfi deyil ki, bu gün bizim sıralarımızda bir sıra istedadlı hüquqşünaslar var. Adəm Məmmədov da vəkil kimi ölkədə kifayət qədər tanınmış hüquqşünasdır. Ancaq bununla yanaşı, onun ictimai fəaliyyəti də hamıya bəllidir. O, uzun illər ərzində respublikanın aparıcı televiziya kanallarında maraqlı verilişlərin aparıcısı olub. Onun aparıcılıq etdiyi verilişlərdə hüquqi maarfiləndirmə əsas istiqamət olub”.

Sədr bildirib ki, vəkillərin əsas vəzifələrindən biri də insanların hüquqi maariflənməsinə dəstək olmaqdır: "Həmkarım Adəm Məmmədovun da əsas fəaliyyəti ölkəmizdə vəkillik institutunun daha da güclənməsinə, bu peşənin daha da tanınmasına köklənib. Yazıçı olmaq, peşə fəaliyyətini bu formada ifadə etmək hər kəsə qismət olmur. Bu, xüsusi istedad tələb edir. Yazıçının geniş ürəyi olmalıdır. Adəm Məmmədovun yaradıcılığında əsas məqam yazıçılıqla vəkilliyin sintezinin olmasıdır. Müəllifə yeni yaradıcılıq uğurları arzulayıram”.

Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov da kitab haqqında öz fikirlərini bölüşüb: "Adəm Məmmədovun istedadına, peşəkarlığına yaxından bələdəm. Vəkillər Kollegiyasında onun kimi şəxslərin çox olması bizim inkişafımıza dəstək olur. O, həm hüquqşünas, həm yazıçı olaraq öz işini peşəkarlıqla icra edir. Mən də öz növbəmdə Adəmə həm yazıçı, həm vəkil olaraq yeni uğurlar arzu edirəm”.

Daha sonra tədbirdə çıxış edən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru və Kollegiyanın sədr müavini Şahmar Məmmədov, vəkillərin uğurlarının onları sevindirdiyini qeyd edib: "Bu gün biz vəkillərimizin həm idman yarışlarında, həm yaradıcı sahələrdə bir sıra uğurlarına şahidlik edirik. Uğur qazanmaq müəyyən məsafə qət etməyi tələb edir. Adəm Məmmədov həm vəkil, həm jurnalist, həm də yazıçı olaraq artıq bu yolu müəyyən mənada qət edib. Təbii ki, hər şeyi öz zəhməti hesabına əldə edib. Həmkarımın sevincinə şərik olur, onun növbəti təqdimat mərasimlərinin işğaldan azad olunmuş torpaqlara qeyd etməyi arzulayıram”.

Tədbirdə çıxış edən digər qonaqlar da müəllifin yeni əsərini yüksək qiymətləndiriblər.

Sonda kitab müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına  hədiyyə edilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı