Hüquq bürosundan silah səsləri eşidən sakinlər vəkil kimi fəaliyyət göstərən Kazım Səlim Somtaşı adlı şəxsi başından vurulmuş halda tapıblar.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kayseri bölgəsində baş verib.
Belə ki, hadisə axşam saatlarında 7 mərtəbəli binanın 1-ci mərtəbəsində baş verib. Binadakı hüquq bürosundan atəş səsləri eşidən vətəndaşlar vəziyyəti Təcili Tibbi Yardıma məlumat veriblər.
Xəbər verildikdən sonra ünvana polis və təcili yardım qrupları sövq edilib. Hadisə yerinə gələn polislər vəkili yerdə başından güllələnmiş şəkildə tapıblar.
Təcili yardım qrupları tərəfindən aparılan yoxlamadan sonra Somtaşın öldüyü müəyyən edilib. Somtaşın cəsədi yarılma üçün Kayseri Dövlət Xəstəxanası meyitxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Oksana