Vəkil Elman Paşayevə yeni cinayət işi açıldı

SOSİAL
15:11 13.01.2025
126
Rusiyada fəaliyyət göstərən azərbaycanəsilli keçmiş vəkil Elman Paşayev barəsində yeni cinayət işi açılıb.

AZXEBER.COM "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, yanvarın 13-də keçirilən məhkəmə iclasında məlumat verilib.

Xatırladaq ki, Paşayev sentyabrın 17-də Moskvada rüşvət alarkən saxlanılıb. O, 45 milyon rubldan çox məbləğdə dələduzluqda şübhəli bilinirdi. Müstəntiqlər ona qarşı cinayət işi açıblar. Oktyabrın 2-də məhkəmə Paşayevin apelyasiya şikayətini təmin etməyib, o, həbsdə qalıb. Bundan başqa, oktyabrın 4-də hüquq müdafiəçisi külli miqdarda dələduzluqda ittiham olunub. Təqsirləndirilən şəxs istintaqla əməkdaşlıqdan imtina edib.

Noyabrda İkinci Qərb Rayon Hərbi Məhkəməsi Paşayevin həbs müddətinin uzadılmasını qanuni hesab edib. O, yanvarın 15-dək istintaq təcridxanasında qalacaq.

OXŞAR XƏBƏRLƏR