22:52 Cümə, 15 Noyabr 2019
KRİMİNAL

Vəkil istintaq təcridxanasına mobil telefon keçirmək istəyib

18:40, 30.12.20131088
Vəkil istintaq təcridxanasına mobil telefon keçirmək istəyib
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş İdarəsinin, Bakı İstintaq təcridxanasının və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına daxil olan, 1959-cu il təvəllüdlü, Azərbaycan Respublikası vəkillər kollegiyasının üzvü, vəkil Xatirə Sərdar qızı Hüseynova bir ədəd mobil telefon aparatını müəssisə əməkdaşlarına təhvil verib. Bundan sonra onun üzərinə baxış keçirilən zaman onun əl çantasının içərisində daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Nokia-1661-2” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

XƏBƏR LENTİ