Mehman Hüseynovdan xəbər var: Əhvalı çox yaxşıdır

Mehman Hüseynovdan xəbər var: Əhvalı çox yaxşıdır
SOSİAL
15:20 13.03.2017
1670

Vəkili həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüb. Bu haqda onun hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.

"Bu gün Mehman Hüseynovla görüşdüm. Əhvalı yaxşıdır, hər kəsə salamı var. Ona göndərilən bütün salamları çatdırdım. Onu müdafiə edən hər kəsə təşəkkürünü çatdırmağımı xahiş etdi”.

E.Sadıqov deyib ki, müvəkkilinin telefonla danışmasına şərait yaradılıb.

Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR