Vəkillər Kollegiyası daha bir vəkilin fəaliyyətini dayandırdı

Vəkillər Kollegiyası daha bir vəkilin fəaliyyətini dayandırdı
SOSİAL
13:56 28.11.2019
2263
Vəkillər Kollegiyasının qərarı ilə daha bir vəkilin fəaliyyəti dayandırılıb

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə kollegiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin noyabrın 27-də keçirilən iclasında vətəndaşdan daxil olmuş şikayətə əsasən vəkil Şəhla Hümbətova yol verdiyi qanun pozuntusuna, məhkəməyə saxta sübut təqdim etdiyinə və Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə ödəmədiyinə görə vəkillik fəaliyyəti dayandırılmış və onun Kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub.
OXŞAR XƏBƏRLƏR