Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahan verir

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahan verir
SOSİAL
11:06 06.07.2025
393
Azərbaycan Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilir.

AZXEBER.COM xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda, saat 10:00-dan etibarən elektron formatda başlayıb və 3 saat davam edəcək.

DİM və VK-nın birgə təşkilatçılığı ilə keçirilən imtahanda iştirak üçün ümumilikdə 421 namizəd müraciət edib. Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən hər biri 1 balla qiymətləndirilən 100 test sualı təqdim olunub, keçid balı isə 60-dır. Nəticələr imtahan bitdikdən dərhal sonra açıqlanacaq və VK-nın rəsmi internet səhifəsində (www.barassociation.az) yerləşdiriləcək.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.

Statistik göstəricilərə əsasən, namizədlərin 55,2%-i Bakı şəhərindən, 44,8%-i isə digər regionlardan qatılıb. İmtahanda Azərbaycanın əksər bölgələrinin təmsil olunması regionlarda vəkil çatışmazlığının aradan qaldırılmasına töhfə verəcək. Namizədlərin 17,8%-i xarici, 82,2%-i isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan təhsil müəssisəsi 48,2% göstərici ilə Bakı Dövlət Universitetidir 

Yaş göstəricilərinə görə, iştirakçıların 71%-i 40 yaşadək şəxslərdir. Namizədlərin 26%-i qadın, 74%-i isə kişilərdir. Naxçıvan Muxtar Respublikası VK üzrə namizədlər isə ümumi iştirakçıların 1%-ni təşkil edir.
 
\Modern.az 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı