AZXEBER.COM-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə şahidlərinin sözlərinə əsasən hadisə zamanı restoranda bir masa arxasında əyləşən iki şəxs arasında münaqişə yaranıb. Nəticədə onlardan biri digərini bıçaqlayıb və həmin şəxs yerindəcə keçinib.Hadisə yerinə gələn polis əməkdaşları öldürülən şəxsin Vəkillər Palatasının üzvü Samvel Şarbatyan olduğunu müəyyən ediblər.Hazırda hadisəni törədən şəxslərin axtarışı davam etdirilir.