Britaniyanın Birmingem Universitetinin alimi Ceyms Timmonsun sözlərinə görə, intensiv bədən tərbiyəsi (İBT) adı verilən metodla həftədə üç dəfə məşğul olmaqla hər gün idman edənlərin sağlamlığına nail olmaq olar. Bu barədə Türkiyənin "Hürriyət" qəzeti xəbər verir.Həmin metoda görə, bir neçə dəqiqə ərzində bədəni gücə salmadan velosipedin pedalları hərəkət etdirilir. 20 saniyə dincəldikdən sonra 20 saniyə velosipedi çox sürətlə sürmək lazımdır. Daha sonra bir neçə dəqiqə hərəkətin sürəti azaldılır. Nəhayət, 20 saniyəyədək pedallar tam güclə işlədilir və birdən hərəkət dayandırılır.
Timmonsun sözlərinə görə, bu cür hərəkətlər orqanizmdəki bütün hüceyrələri hərəkətə gətirir.