Payız fəsli ötən gün Günəşin Tərəzi bürcünə keçməsi ilə birlikdə yurda qədəm oyub.
AZXEBER.COM xəbər verir ki, payızın gəlişi sentyabrın 18-də Ay və 2 oktyabrda Günəş tutulması ilə bildiyimizdən fərqli olacaq.
23 Sentyabrda xoşbəxtliyin, sevginin, münasibətlərin və dəyərlərimizin göstəricisi olan Venera Əqrəb bürcünə doğru hərəkət edir. Bununla da ehtiraslı, bir o qədər də çətin, dərin duyğuların ortaya çıxacağı bir dövrdən keçəcəyik.
Venera Əqrəbinin yerləşməsi astrologiyada zəif və zərərli bir mövqedə elan edilsə də, əslində zəkanın çevikliyini və istədiyinizi və istəmədiyinizi ifadə etməkdə böyük üstünlüklər təqdim edir. Arzulara və məqsədlərə çatmaq üçün ambisiya, əzm və cəsarət verir.
Əqrəb Venera sirrli və bir qədər də təhlükəli olan şeylərlə maraqlanır. Bilinməyən hər zaman maraq doğurur. Qadağan olunmuş əlaqələr, platonik hisslər arta bilər, seksuallığın ön plana çıxdığı ehtiraslı əlaqələr başlaya bilər.
Problemlərinizin harada olduğunu anlaya və bütün qorxularınızla üzləşə və şəxsi gücünüzü kəşf edə, istedadlarınızı üzə çıxara bilərsiniz.
Ürəyinizə şübhə toxumu əkməyin və mümkün problemləri intiqamla deyil, məntiqlə həll etməyə çalışın. Təzyiq göstərməyin, kimisə, nəyəsə məcbur etməyin. Əgər o sizdən uzaqlaşırsa, sakit qalın və üzərindən xətt çəkin.
Aysel