2020-ci ildə Venerada fosfinin kəşf edildiyini açıqlayan komanda bu yaxınlarda planetin atmosferinin dərinliklərində birləşmə ilə qarşılaşdıqlarını bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, keçən illərdə yeni kəşflərini açıqlayan elm adamları Venera planetinin turşu buludlarında bakteriyaların əmələ gətirdiyi "fosfin” adlı qazın potensial həyat əlaməti olduğunu aşkar etdiklərini açıqlayıblar.
Alimlər ehtimal edirlər ki, Veneranın buludlarında ammonyak var və buna görə də burada yadplanetli orqanizmlər ola bilər.
Bu açıqlamadan sonra Amerika Aeronavtika və Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyi kimi qurumlar Venera ilə daha çox maraqlanmağa başlayıb.
Kral Astronomiya Cəmiyyətinin Milli Astronomiya Yığıncağında çıxış edən alim Ceyn Qrivz Veneranın atmosferinin dərinliklərində fosfinin də kəşf edildiyini açıqlayıb.
Fosfin yer üzündə oksigen nisbətinin çox aşağı olduğu mühitlərdə yaşayan mikroorqanizmlər tərəfindən istehsal olunur.
Bu səbəbdən də müxtəlif planetlərdə bu kimyəvi birləşmə ilə qarşılaşmaq həmin planetdə həyatın mövcudluğuna işarə hesab edilir.
Alimlərin fikrincə, əgər Veneranın buludlarında həyat varsa, planetimizdə və hətta Mars kimi qonşu planetlərdə gördüyümüzdən fərqli kimyəvi tərkibə malik mikrobların olması da mümkündür.
Gülay