Neftçi” heyətinə yeni futbolçu cəlb edib.
AZXEBER.COM "Unikal"a istinadə xəbər verir ki, Venesuela millisinin üzvü Freddi Varqas komandaya cəlb olunub.
26 yaşlı futbolçu İsrailin "Makkabi” (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.
Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır.
O, Venesuela milli komandasında 3 oyun keçirib.