Venesuela neft satışından əldə edilən gəliri səhiyyə sisteminin bərpasına yönəldəcək.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, müvəqqəti prezident Delsi Rodrigez bildirib ki, neft və təbii qaz sektorundan ölkəyə daxil olan bütün vəsait səhiyyə sahəsinin ehtiyaclarının ödənilməsinə xərclənəcək.
Onun sözlərinə görə, böhrandan zərər çəkmiş səhiyyə sistemi üçün xüsusi plan hazırlanıb və bu çərçivədə 75 səhiyyə mərkəzi müəyyən edilib.
ABŞ isə Venesuelanın neft satışlarından əldə olunan gəlirlərin Vaşinqtonun nəzarətində olan hesablara köçürüləcəyini açıqlayıb.
Gülay







































