Venesuela prezidentinə qarşı sui-qəsd olunub? - Adlar açıqlandı

Venesuela prezidentinə qarşı sui-qəsd olunub? - Adlar açıqlandı
DÜNYA
12:05 10.06.2024
117
Venesuela Prezidenti Nikolas Maduro ona qarşı sui-qəsd planlarının olduğunu iddia edib.
 
AZXEBER.COM Qərb mətbuatına istiniadən xəbər verir ki, planın arxasında müxalifət liderləri Leopoldo Lopez, Antonio Ledezma və Julio Borges olduğunu ifadə edən Maduro təhlükəsizlik baxımından getdiyi hər yeri gizli saxladığını bildirib.

Tərəfdarları ilə bir araya gələn Maduro "Onların bir qrup sui-qəsdçiləri var. Onsuz da Venesuelada bir qrup şəxs var, məni axtarırlar və bizə zərər vermək istəyirlər”, - deyə o seçicilərinə səslənib.

Seçki kampaniyası tədbirlərinin tarixini və vaxtını təhlükəsizlik səbəbi ilə paylaşmadıqlarını vurğulayan Maduro "Getdiyim və ziyarət etdiyim hər yer sürpriz olmalıdır, təhlükəsizlik qüvvələri həmişə olduğu kimi öz vəzifələrini ən yaxşı şəkildə yerinə yetirir. Mən yer üzündəki vəzifələrimi yerinə yetirmək üçün hədəflərimə doğru gedirəm”, - deyə Maduro əlavə edib.
 
Qeyd edək ki, Venesuelada iyulun 28-də prezident seçkiləri keçiriləcək.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR