Venesuela siyasi məhbuslarla bağlı əfv qanununu qəbul etdi

Venesuela siyasi məhbuslarla bağlı əfv qanununu qəbul etdi
DÜNYA
11:16 20.02.2026
206
Venesuela parlamenti siyasi səbəblərə görə həbsdə olan şəxslərin azadlığa buraxılmasını nəzərdə tutan əfv qanununu təsdiqləyib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qanun layihəsi ölkənin müvəqqəti prezidenti kimi təqdim olunan Delsi Rodrigez tərəfindən irəli sürülüb. Sənəd siyasi məhbusların kütləvi şəkildə azad edilməsini və müəyyən dövrlərdə baş vermiş siyasi xarakterli cinayətlərə görə ümumi əfv tətbiqini ehtiva edir.

Rodrigez qanunu imzaladıqdan sonra bildirib ki, bu addım ölkədə "dözümsüzlükdən imtina edildiyini və siyasət üçün yeni mərhələnin başlandığını” göstərir.

Qeyd olunur ki, əfv qanunu 1999-cu ildən etibarən müxtəlif siyasi qarşıdurma dövrlərində törədilmiş cinayətlərə şamil edilə bilər. Sənədə 2024-cü il prezident seçkiləri zamanı baş verdiyi bildirilən "siyasi motivli zorakılıq aktları” da daxildir.

Müxalifət nümayəndələri uzun müddətdir siyasi məhbusların azad edilməsini tələb edirdi. Yeni qərarın siyasətçilər, jurnalistlər və vəkillər də daxil olmaqla, çoxsaylı şəxslərə şamil olunacağı gözlənilir.

Hadisə ölkədə son dövrlər müşahidə olunan siyasi dəyişikliklərin davamı kimi qiymətləndirilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR