Venesuelada "Beril" qasırğası nəticəsində ölənlərin sayı 6-ya çatdı

Venesuelada "Beril" qasırğası nəticəsində ölənlərin sayı 6-ya çatdı
DÜNYA
10:59 09.07.2024
131
Atlantik okeanında baş verən "Beril" qasırğası nəticəsində ölənlərin sayı artıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Venesuela mətbuatının məlumatına görə, ötən həftə ölkənin şimal-şərqini vuran "Beril" qasırğası nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.

Küçə və prospektlərin palçıq qalaqlarına çevrildiyi ərazilərdə zərərin qiymətləndirilməsi işlərinə başlanılıb.

Beril qasırğasının yaratdığı şiddətli yağışlar nəticəsində 7 min 960 evə zərər dəyib.
 
Bununla yanaşı Cumanacoa şəhərində Manzanares çayının daşması nəticəsində evlər və torpaqlar su altında qalıb.

Səlahiyyətlilər qasırğadan ümumilikdə 29 min insanın mənfi təsirləndiyini və lazımi yardımın prezident Nikolas Maduronun göstərişi əsasında çatdırıldığını bildirib.

Qasırğanın təsirli olduğu Qrenada adasında 3, St. Sent Vinsent və Qrenadada 1 nəfər, Yamaykada isə 3 nəfər ölüb.
 
Gülay

OXŞAR XƏBƏRLƏR