Venesuelada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki pilot və sərnişin həlak olublar.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə San-Kristobal şəhərinin Paramillo hava limanında baş verib.
Məlumata görə, təyyarə havaya qalxan zaman pilot idarəetməni itirib. Nəticədə təyyarə uçuş-enmə zolağının yaxınlığına düşərək, alovlanıb.
Yerli mətbuatın paylaşdığı görüntülərdə təyyarənin havaya qalxmağa başladığı, sonra isə havada çevrildikdən sonra yerə çırpıldığı və partladığı görünür.








































