Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb

Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb
DÜNYA
01:41 05.07.2026
171
Venesuelada baş vermiş zəlzələlər nəticəsində ölənlərin sayı 2954 nəfərə, yaralıların sayı isə 16 592 nəfərə çatıb.

AZXEBER.COM EFE-yə istinadən xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqqes bildirib.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib.
OXŞAR XƏBƏRLƏR