Vens: Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir
DÜNYA
05:15 14.03.2026
223
ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin başa çatdırılmasına və Rusiya ilə ticarət əlaqələrinin bərpasına çalışır.
Bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Şimali Karolina ştatında keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ-da Rusiya və Ukrayna ilə bağlı xarici siyasətin necə qurulacağı mövzusunda çoxsaylı müzakirələr aparılır.
"Prezident Tramp bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib. O, qan tökülməsinin dayandırılmasını istəyir. O, ticarət əlaqələrinin bərpasını istəyir”, – deyə Vens vurğulayıb.