"Neftçi"nin yeni transferi, kamerunlu hücumçu Vensan Abubakar artıq Bakıya çatıb.
AZXEBER.COM xəbər verir ki, 33 yaşlı futbolçunu gətirən təyyarə indilərdə hava limanına enib.
Ulduz hücumçunun yaxın saatlarda tibbi müayinədən keçəcəyi və ardından "Neftçi" ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Xatırladaq ki, Abubakar karyerası ərzində "Portu", "Beşiktaş" və "Ən-Nəsr" kimi klublarda çıxış edib. O, həmçinin Kamerun millisinin aparıcı üzvü kimi tanınır. Abubakar son olaraq Türkiyənin "Hatayspor" klubunda çıxış edib.