Veqanlara xəbərdarlıq: Heyvan zülalları sağlam yaşlanma üçün həyati əhəmiyyət kəsb edir

Veqanlara xəbərdarlıq: Heyvan zülalları sağlam yaşlanma üçün həyati əhəmiyyət kəsb edir
DÜNYA
12:30 18.01.2024
159
Veqan qidalanmanın ət istehlakından daha qidalı olduğu və xəstəliklərin qarşısını daha yaxşı aldığı iddiaları ilə illərdir ön plandadır. Ancaq son araşdırma bu fikirlə razılaşmır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Tafts Universitetinin tədqiqatçıları az miqdarda ət və ya süd məhsullarının istehlakının qadınlarda sağlam qocalmanı dəstəkləyə biləcəyini müəyyən ediblər.

30 il ərzində 48.000-dən çox qadın üzərində aparılan araşdırma əsasən tərəvəz və lobya kimi bitki mənşəli zülal mənbələrini istehlak edən, lakin az miqdarda heyvani zülal qəbul edən qadınların yaşlandıqca daha sağlam olma ehtimalının 46 faiz daha çox olduğunu müəyyən edib.

Bu tədqiqat son illərdə heyvan zülalının, hətta əsasən bitki mənşəli pəhrizdə olsa da, xroniki xəstəliklərin qarşısının alınması üçün çox vacib olduğunu irəli sürən bir çox tədqiqatlardan biridir.

Araşdırmaya rəhbərlik edən Tafts Universitetindən qida alimi Andres Ardisson Korat deyib:

"Orta yaşda zülalınızın çox hissəsini bitki mənbələrindən və az miqdarda heyvan zülalından almaq, sağlamlığa və yaşlılıqda sağ qalmağa kömək edir".

Ayşən
OXŞAR XƏBƏRLƏR