"Bir aparıcı məndən 6 min manat borc istədi, verdim. Danışdıq ki, bu tarixdə geri ödəyəcək. Vaxtı çatanda pulu geri istədim deyə mənimlə düşmən oldu".
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Nüşabə Musayeva deyib.
O, bildirib ki, həmin aparıcı hazırda onunla düşmən mövqeyindədir:
"Bir aparıcı məndən 6 min manat borc istədi, verdim. Razılaşdıq ki, müəyyən bir tarixdə pulu geri qaytaracaq. Vaxtı çatanda borcumu geri istədim, o isə bu səbəbdən mənimlə düşmən oldu. Dedim ki, Türkiyəyə qızımın yanına gedirəm, pula ehtiyacım var. Bəlkə də sənə verdiyim o pul mənim son qəpiyim idi? Sadəcə öz halal pulumu istədim deyə düşmən münasibəti göstərdi.
Qızının xətrinə səssiz qalıram, amma belə münasibət nəyə lazımdır? Sürücümü göndərdim ki, gedib pulu götürsün. Sağ olsun, pulu sürücümün üzünə elə çırpıb ki, sanki mən ona borcluyam. Üstəlik, mənə səs yazısı göndərdi, nalayiq ifadələr işlətdi və məni blokladı. Hazırda da mənə qarşı düşmən mövqeyindədir.
Var yardım etmək, var borc vermək – bunlar fərqli anlayışlardır. Söz bir dəfə deyilir. Əgər borc almısansa, qaytarmalısan. Mən də o pulu zəhmətlə qazanıram. Əgər ehtiyac varsa, xəstəyə hədiyyə edərəm, amma heç kimdə pulum itib-bata bilməz."
Aysel