Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 924-ə çatıb

İQTİSADİYYAT
18:33 04.10.2016
1142
Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 9 nəfər artaraq 555-ə çatıb. Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 8 nəfər artıb və hazırda 369 fiziki şəxsin ölkədən çıxışına qadağa var. Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 907-dən 924-ə çatıb.

OXŞAR XƏBƏRLƏR