Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə mindi

İQTİSADİYYAT
12:00 11.01.2015
2052
Prezident fərman imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 30 dekabr tarixli Qanunun qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.
AZXEBER.COM xəbər verir ki, Məcəlləyə dəyişikliklər yol vergisinin ləğvini, idxal olunan avtomobillər, yaxtalar, digər üzən vasitələrə aksiz dərəcəsinin artırılması, ölkədə istehsal olunan tütün və spirtli içkilərə tətbiq olunan aksiz dərəcəsinin artırılması nəzərdə tutulur.
Bundan başqa, dəyişikliklərə əsasən, faiz dərəcəsi üzrə illik gəliri 500 manatdan çox olan əmanətlər də vergiyə cəlb olunur.

OXŞAR XƏBƏRLƏR