Vergidən yayınan məşhurlar: Gülşen, Mert Dəmir, Melike Şahin...

MAQAZİN
14:11 06.02.2025
113
Türkiyədə Xəzinə və Maliyyə Nazirliyinin Vergi Müfəttişliyi Şurası (VDK) qeyri-formal iqtisadiyyatla mübarizə çərçivəsində aktyorlar, musiqiçilər və agentliklərlə bağlı araşdırmalara başlayıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, yoxlamalar zamanı sənət aləmindən bir çox adın gəlir bəyannaməsi ilə bank hesablarındakı hərəkətlər arasında ciddi uyğunsuzluqlar aşkarlanıb.

Vergi Təftişi Şurasının Risk Təhlili Qiymətləndirilməsi və Araşdırma (RADAR) Sistemi vasitəsilə edilən araşdırmalarda bir çox sənətçinin gəlirlərini az bildirdiyi müəyyən edilib.

Birinci mərhələdə 150 ​​məşhurun ​​vergi bəyannaməsi ilə bank hesablarına pul axını arasında uyğunsuzluq aşkar edilib. Dövlətdən gizlədildiyi düşünülən ümumi məbləğin təxminən 1 milyard 500 milyon lirə olduğu təxmin edilir.

Siyahının pərdə arxasında müzakirə olunan xəbərlərə görə vergidən yayınmaqda adı çəkilən 150 məşhur arasında Serenay Sarıkaya, Halit Ergenç, Bergüzar Korel, Hadisə, Gülşen, Duman, Mert Demir və Melike Şahin kimi sənət dünyasının tanınmış adları da var.
 
Aysel

OXŞAR XƏBƏRLƏR