Vergilər nazirliyi bu obyektərdə yoxlama aparmayacaq

İQTİSADİYYAT
15:18 26.10.2015
2446

Vergilər nazirliyinin kollegiya iclasında nazir Fazil Məmmədov vergi yoxlamaları dayandırılmalı olan subyektləri açıqlayıb.

AZXEBER.COM-un nazirliyə istinadən verdiyi xəbərə əsasən, F.Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib.

Bu obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək. Qeyd edilib ki, cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olub.

OXŞAR XƏBƏRLƏR