Vergilər Nazirliyi ilə Elmlər Akademiyası arasında PROBLEM

SOSİAL
01:00 14.05.2016
1392
Vergilər Nazirliyi Bakıda və ölkənin müxtəlif rayonlarında tikinti işləri aparan “Yevro Stroy-S” şirkətinə məxsus 15 mərtəbəli yaşayış binasını satışa çıxarmasına aydınlıq gətirib.
Məlumat üçün bildirək ki, bir neçə il öncə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlanmış müqaviləyə əsasən, “Yevro Stroy-S” MMC Akademiyanın işçilərinə 3 blokdan ibarət 15 mərtəbəli bina tikməkdədir.
Razılaşmaya görə, binanın iki bloku AMEA-ya verilib, bir bloku şirkətə qalır. Vergilər Nazirliyinin açıqladığı elanda göstərilir ki, Abbas Mirzə Şərifzadə küçəsi, 12 ünvanında yerləşən 11 mərtəbəli və tikintisi bitməyən yaşayış binası 1,5 milyon manata hərraca çıxarılıb.
Hərracın mayın 27-də keçiriləcəyi qeyd olunub. Bu məlumat oradan ev alacaq alimləri də narahat edir, çünki bu dəyişiklərin nə ilə nəticələnəcəyi sual altındadır. Digər tərəfdən isə şirkət binanın hərraca çıxarılmadığını mətbuata verdiyi açıqlamalarda vurğulayır.
AMEA-nın işlər müdirinin müavini Sərdar Əliyev Modern.az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib
“Lakin binanın hərraca çıxarılması barədə məlumatı “Yevro Stroy-S” MMC-dən inkar etdilər. Biz bu gün də bu məlumatı dəqiqləşdirmək üçün zəng etdik bildirdilər ki, bu informasiya yalandır”.
Müdir müavini qeyd edib ki, binanın tamamlanması üzrə işlərin ləngidiyini deyib.
“Binanın nə zaman təhvil veriləcəyi məlum deyil. İşin gedişatından asılıdır.
Amma proses ləng edir, çoxdan bina təhvil verilməli idi. Gündə də bu cür xəbərlər çıxır”-deyə S.Əliyev vurğulayıb.

OXŞAR XƏBƏRLƏR