Vergilər Nazirliyi: İlk rübdə 6430 vergi ödəyicisi qeydiyyatdan keçib

Vergilər Nazirliyi: İlk rübdə 6430 vergi ödəyicisi qeydiyyatdan keçib
İQTİSADİYYAT
19:14 18.04.2017
1480
"Bu ilin ilk üç ayında departamentin qeydiyyatında olan vergi ödəyicilərinin sayı 6430 vahid artaraq 242 522-yə çatıb. 2017-ci ilin ilk rübü ərzində departament tərəfindən 3031 təsərrüfat subyekti, 1668 nəzarət-kassa aparatı, 522 POS-terminal qeydiyyata alınıb”.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru Sarxan Məmmədov deyib. Onun sözlərinə görə, departamentin qarşısında duran mühüm vəzifələrdən biri vergi ödəyicilərinin öz biznesini inkişaf etdirməsi, dövriyyələrini artırması, tədricən orta sahibkarlıq subyektinə çevrilməsi üçün onlara maksimum dəstək göstərilməsidir və bu, sahibkarlığın inkişafı ilə yanaşı, vergi daxilolmalarının potensial artımı üçün də baza təşkil edir. "2017-ci ilin 1-ci rübündə 2715 vergi ödəyicisinin uçot yeri Vergilər Nazirliyi yanında Lokal gəlirlər departamentinə dəyişdirilib ki, bunların da 334-ü ƏDV ödəyicisi, 97-si 6% və 8% dərəcə ilə sadələşdirilmiş vergi dərəcəsi üzrə qeydiyyata alınmış vergi ödəyiciləri olub. Bu bir daha göstərir ki, vergi ödəyicilərinin iqtisadi və maliyyə vəziyyəti yaxşılaşmağa doğru dəyişməkdədir. Vergi ödəyicilərinin uçotunun dürüstləşdirilməsi sahəsində də işlər davam etdirilir. 2017-ci ilin mart ayı ərzində departamentin təşəbbüsü əsasında əks-əlaqə prinsipi tətbiq edilməklə 1071 vergi ödəyicisinin və onlara məxsus təsərrüfat subyektlərinin vergi uçotuna alınmasına kömək göstərilib”,- baş direktor vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Norveç Ukraynaya 1,4 milyard dollar ayırıb
19:00 25.04.2025
Norveç Ukraynaya 1,4 milyard dollar ayırıb
İranın xarici işlər naziri Omana gedəcək
18:50 25.04.2025
İranın xarici işlər naziri Omana gedəcək
İrəvanda vergilərin artırılmasına qarşı etiraz aksiyası keçirilir
18:37 25.04.2025
İrəvanda vergilərin artırılmasına qarşı etiraz aksiyası keçirilir
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
18:25 25.04.2025
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
18:14 25.04.2025
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
17:57 25.04.2025
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:46 25.04.2025
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
17:36 25.04.2025
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
17:29 25.04.2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
17:27 25.04.2025
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
17:19 25.04.2025
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
17:11 25.04.2025
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
17:08 25.04.2025
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
16:58 25.04.2025
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
16:48 25.04.2025
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
16:45 25.04.2025
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO