"Vergilər Nazirliyi istənilən vaxt yoxlamaları bərpa edə bilər" - RƏSMİ

"Vergilər Nazirliyi istənilən vaxt yoxlamaları bərpa edə bilər" - RƏSMİ
İQTİSADİYYAT
13:51 18.04.2016
1635
"Vergilər Nazirliyi hökumət üzvləri ilə birlikdə Azərbaycan üçün strateji məhsulların siyahısını müəyyənləşdirib, differensasiya məsələsinə baxa bilər".AZXEBER.COM-un xəbərinə görə, bunu Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi də beynəlxalq təcrübəni öyrənir, ayrı-ayrı dövlətlərdə vergi dərəcələrini araşdırır: "Məlumat üçün bildirim ki, Avropa ölkələrində ƏDV-nin orta dərəcəsi 20 faizdir. Ona görə də bizdə hazırki 18 faizi bütün Avropa ilə müqayisə etsək aşağı göstəricidir.
Hazırda vergi dərəcələrində differensassiya var. Strateji məhsullar, qida sənayesi, uşaq geyimi, məhsulları, kiçik sahibkarlığın istehsal etdiyi məhsullar ƏDV-nin aşağı dərəcəsi müəyyən olunub. Təbii ki, Vergilər Nazirliyi də hazırdır ki, hökumət üzvləri ilə birlikdə məhz Azərbaycan üçün həmin strateji məhsulların siyahısını müəyyənləşdirib, differensasiya məsələsinə baxılsın. Biz həmin təşəbbüslərin üzərində ciddi şəkildə işləməyə hazırıq".
S. Musayeva qeyd edib ki, hazırda bir sıra yoxlamaları dayandıran Vegilər Nazirliyi ehtiyac olduğu təqdirdə onları istənilən zaman bərpa edə bilər: "Vergilər Nazirliyi kollegiya qərarı ilə kiçik sahibkarlıqda və sadələşdirilmiş vergi ödəyicilərində müəyyən yoxlamalar - əmək müqaviləsinin bağlanmaması, lisenziyasız fəaliyyət göstərmək, aksiz markası ilə markalanmış malların markalanmasına nəzarətlə bağlı yoxlamalar istisna olmaqla digər yoxlamaları müvəqqəti olaraq dayandırıb. İstənilən vaxt həmin sahədə hər hansı bir problem barədə siqnal daxil olarsa, həmin sahələri vergi nəzarəti tədbiri ilə əhatə edib yoxlaya biləcəyik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb