Aprel ayının 4-də vergi orqanlarında qanvermə aksiyasına start verilib.
AZXEBER.COM xəbər verir ki, qanvermə aksiyasının ilk günündə Nazirliyin Aparatının struktur bölmələrinin 260 nəfərdən çox əməkdaşı iştirak edib. Aksiya Vergilər Nazirliyinin yerli strukturlarında aprel ayının 8-dək davam etdiriləcəkdir.
Xatırladırıq ki, vergi orqanlarının əməkdaşları artıq ənənəyə çevrilmiş qanvermə aksiyalarında 10 ildir ki, fəal iştirak edirlər.