Vergilər Nazirliyindən müğənnilər üçün növbəti qərar

Vergilər Nazirliyindən müğənnilər üçün növbəti qərar
MAQAZİN
17:37 25.12.2015
1936
Ticarət dövriyyəsi 200 000 manatdan artıq olan şəxslər...
Vergilər Nazirliyində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə qanunvericilikdə edilmiş dəyişikliklərlə bağlı görüş keçirilib.
AZXEBER.COM  xəbər verir ki, nazirliyin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə qurumun Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov Vergi Məcəlləsinə dəyişikliklər barədə məlumat verib.
Bildirilib ki, 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ veriləcək.
Ticarət dövriyyəsi 200 000 manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda isə Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət və əmlak vergilərini dövlət büdcəsinə ödəməlidirlər.
Bildirilib ki, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi vergi inzibatçılığını sadələşdirməklə yanaşı, vergi ödəyicilərinin vergi yükünün azaldılması, ticarət dövriyyələrinin şəffaflaşması və vergitutma obyektinin genişlənməsi ilə nəticələnəcək.
Görüşdə musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin uçotuna nəzarətin həyata keçirilməsi ilə də bağlı təlimatlar verilib.
İctimai iaşə obyektlərinin sahiblərinə musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin qeydiyyata alınması, onlarla əməkdaşlığı qanunun tələblərinə uyğun formada qurmaqla bağlı tövsiyələr verilib və onlara bu obyektlərdə musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslərin qeydiyyat kitabı təqdim edilib.
Şadlıq sarayları, restoranlar və bu kimi digər obyektlərdə musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslər hər dəfə bu kitabda özləri barədə tələb olunan məlumatları, o cümlədən vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), çıxış etdiyi tarixi, çıxışa başladığı və çıxışını qurtardığı vaxtı, göstərdiyi xidmət müqabilində aldığı məbləği qeyd etməli və bunlar həm xidmətin göstərildiyi obyektin nümayəndəsi, həm də xidmət göstərən tərəfindən həmin şəxslərin imzaları ilə təsdiqlənməlidir.
Vurğulanıb ki, qeydiyyat kitablarının tətbiqi bu sahədə mövcud olan boşluqların aradan qaldırılması, musiqi, əyləncə və digər bu kimi fəaliyyətlə məşğul olan şəxslərin vergiyə cəlb olunması ilə bağlı problemlərin aradan qaldırılmasına kömək edəcək.
Daha sonra sahibkarların çoxsaylı sualları cavablandırılıb və qaldırılan məsələlərlə bağlı onlara müvafiq izahatlar verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir