Qəzanın texniki səbəblərdən baş verdiyi, yaxud vurulduğu məlum deyil. Hadisənin detalları açıqlanmır.
Əfqanıstan prezidenti Həmid Kərzayi qəzanın dünən ölkənin Vardaq bölgəsində baş verdiyini açıqlayıb. O qəzada çoxlu sayda NATO əsgərinin ölməsi səbəbilə ABŞ prezidenti Barak Obamaya başsağlığı məktubu göndərdiyini vurğulayıb.