"Vest Hem" klubunun yeni baş məşqçisi müəyyənləşib

İDMAN
19:59 23.05.2024
211
İngiltərənin "Vest Hem" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bundan sonra "çəkicdöyənlər"i Xulen Lopeteqi çalışdıracaq.

57 yaşlı mütəxəssis bu postda Devid Moyesi əvəzləyib.

Qeyd edək ki, X.Lopeteqinin sonuncu iş yeri İngiltərənin "Vulverhempton" kollektivi olub. O, daha əvvəl İspaniya millisi, "Real" (Madrid) "Sevilya", "Portu", "Rayo Valyekano" klublarının baş məşqçisi olub.

OXŞAR XƏBƏRLƏR